Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/
Müsavat Partiyasının qurultayının ilin ikinci yarısında keçirilməsi planlaşdırılır. Bunu çərşənbə axşamı Trend-ə Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib.
Onun sözlərinə görə, hazırlıq işlərinin uzanması səbəbindən may-iyun ayında keçirilməsi planlaşdırılan qurultayın vaxtı dəyişdirilib.
Səmədbəyli qeyd edib ki, rayon təşkilatları konfransların keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə çalışır.
"Qurultayın keçirləcəyi yer müəyyənləşdirildikdən sonra vaxtını dəqiq söyləmək olar", - o bildirib.