...

Mahmud Abbas BMT-dən Fələstini dövlət kimi tanımağı xahiş edib

Siyasət Materials 24 Sentyabr 2011 11:34 (UTC +04:00)
ABŞ və İsrail müxalifətinə meydan oxuyan Mahmud Abbas cümə günü Birləşmiş Millətlər Təşkilatına Fələstinin quruma üzv dövlət kimi qəbul edilməsi barədə müraciət edib.
Mahmud Abbas BMT-dən Fələstini dövlət kimi tanımağı xahiş edib

ABŞ, Nyu York, 24 sentyabr /Trend, müxbir A.Qasımova/

ABŞ və İsrail müxalifətinə meydan oxuyan Mahmud Abbas cümə günü Birləşmiş Millətlər Təşkilatına Fələstinin quruma üzv dövlət kimi qəbul edilməsi barədə müraciət edib. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Fələstin lideri Mahmud Abbas Fələstin dövlətinin tanınması haqqında BMT-yə ərizə verib.

Fələstinlilər beynəlxalq birlik tərəfindən tanınan 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla, ölkənin tamhüquqlu üzv kimi BMT-yə qoşulması ilə bağlı kampaniyaya başlayıblar.

Birləşmiş Ştatlar və İsrail iddia edirlər ki, Fələstin dövlətinin tanınması fələstinlilərlə İsrail arasındakı sülh danışıqlarını dayandıracaq. Əgər fələstinlilər bu barədə birtərəfli şəkildə bəyan etsələr, həmin danışıqların keçirilməsi mümkün olmayacaq. Vaşinqton Fələstinin müraciətinə BMT Təhlükəsizlik Şurasında veto qoyacağını vəd edib.

Mahmud Abbas cümə günü Baş Assambleyadakı çıxışında deyib ki, İsrailin Fələstindəki bütün hərəkətləri ciddi və birtərəflidir.

"İsrail Qərb sahilində inzibati və hərbi hakimiyyəti bərpa edib ki, bu da birtərəfli qərardır. Qərara alınıb ki, tək hərbi hakimiyyət Fələstin torpaqlarının istənilən nöqtəsində olma məqsədəuyğunluğu barədə istənilən vətəndaşın hüququnu müəyyən edir", - Abbas deyib.

Onun sözlərinə görə, İsrail birtərəfli qaydada Fələstin torpaqlarını və suyunu müsadirə edib.

"Və bütün bunlar bizim bütün razılaşmalarımıza baxmayaraq, birtərəfli hərəkətlərdən xəbər verir. Bu razılaşmalar isə birtərəfli, fərdi hərəkətləri qadağan edir", - Abbas əlavə edib.

Xəbər lenti

Xəbər lenti