...

Prezident İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 13 Mart 2012 16:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub.
Prezident İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub.

Dövlətimizin başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxdı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməyib. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanıb.

Qeyd edildi ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcək.

Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti