...

Bu ilin sonunadək Azərbaycanın valyuta ehtiyatları 13-15 milyard dollara çata bilər

Siyasət Materials 9 May 2012 11:25 (UTC +04:00)
Bu ilin sonuna kimi Azərbaycanın valyuta ehtiyatları 13-15 milyard dollara çata bilər.
Bu ilin sonunadək Azərbaycanın valyuta ehtiyatları 13-15 milyard dollara çata bilər

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sonuna kimi Azərbaycanın valyuta ehtiyatları 13-15 milyard dollara çata bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Mərkəz Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollardan artıqdır.

Bank sədri deyib ki, pul dövriyyəsində yuxarı əsginazların çəkisi həddindən artıq çoxalıb. Belə olan şəraitdə dünya praktikasında hər hansı əsginaza düşən ağırlığı qaldırmaq üçün əlavə əsginazlar buraxılır.

Rüstəmov hesab edir ki, bu, həm də dövlət vəsaitinə qənaət etmək baxımından düzgündür.

"Çünki sifariş verilən əsginazların sayı nə qədər çoxdursa, bir o qədər də dövlət xərci çox olur. Digər tərəfdən, bu, dövriyyəni asanlaşdırır, dövriyyədə daha çox həcmli puldan istifadə etməyə imkan vermir", - Rüstəmov əlavə edib.

Qeyd edək ki, Rüstəmov dünən jurnalistlərə verdiyi açıqlamasında gələcəkdə 200 və 500 nominallı əskinazların buraxılmasının mümkünlüyü barədə açıqlama verib.

Xəbər lenti

Xəbər lenti