...

Qazaxda Ədəbiyyat muzeyi tikiləcək

Siyasət Materials 1 İyun 2012 19:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi haqqında sərəncam imzalayıb.
Qazaxda Ədəbiyyat muzeyi tikiləcək

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Qazax şəhərində Ədəbiyyat muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 5 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti