...

Azərbaycan, Türkiyə və Gürcüstan logistik mərkəzin yaradılmasını müzakirə edəcəklər

Siyasət Materials 8 İyun 2012 15:34 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin cümə günü Türkiyənin Trabzon şəhərində keçiriləcək görüşünün əsas mövzusu logistik mərkəzin yaradılmasının müzakirəsi olacaq.
Azərbaycan, Türkiyə və Gürcüstan logistik mərkəzin yaradılmasını müzakirə edəcəklər

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin cümə günü Türkiyənin Trabzon şəhərində keçiriləcək görüşünün əsas mövzusu logistik mərkəzin yaradılmasının müzakirəsi olacaq. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Trabzon valisi Rəcəb Kızılcık bildirib.

Onun sözlərinə görə, Trabzonda logistik mərkəzin yaradılması haqqında hesabat bir gün əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna təqdim edilib.

"Trabzonda logistik mərkəzin yardılması bu vilayətin inkişafına kömək edəcək. Bu, bütün region üçün vacib layihədir", - o qeyd edib.

Bu, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Qriqol Vaşadzenin ilk üçtərəfli görüşüdür.

Xəbər lenti

Xəbər lenti