...

İlham Əliyev Albaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 18 İyun 2012 18:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Albaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.

"Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Buyar Nişaniyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti