...

Aydın Mirzəzadə: Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır

Siyasət Materials 25 İyun 2012 15:06 (UTC +04:00)
Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir, torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır.
Aydın Mirzəzadə: Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir, torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Mirzəzadə bildirib ki, Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən strukturdur.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması yönündə indiyə qədər dövlət tərəfindən vacib addımlar atılıb.

Deputatın fikrincə, bu faktlar torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur.

"Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur", - komitə sədrinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti