...

Portuqaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

Siyasət Materials 26 İyun 2012 14:53 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iyunun 26-29-da Portuqaliya Respublikasının Dövlət Naziri və Xarici İşlər Naziri cənab Paulo Sakadura Kabral Portas Azərbaycan Respublikasına rəsmi səfər edəcək
Portuqaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir S.Ağayeva/

Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Paulo Sakadura Kabral Portasın Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.

XİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iyunun 26-29-da Portuqaliya Respublikasının Dövlət Naziri və Xarici İşlər Naziri cənab Paulo Sakadura Kabral Portas Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

Səfər zamanı Paulo Sakadura Kabral Portasın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovla, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə, nəqliyyat naziri Ziya Məmmədovla, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla və Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovla görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti