...

İran Xəzərdə yüngül sualtı qayıqlardan istifadə etməyə çalışır

Siyasət Materials 27 İyun 2012 18:38 (UTC +04:00)
Fars körfəzində üç iri ağır sualtı qayığa malik İran Xəzərdə yüngül sualtı qayıqlardan istifadə etməyə çalışır. Bu barədə Trend çərşənbə günü İran KİV-ə istinadən məlumat verir.
İran Xəzərdə yüngül sualtı qayıqlardan istifadə etməyə çalışır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbirlər M.Moezzi, E.Tarıverdiyeva/

Fars körfəzində üç iri ağır sualtı qayığa malik İran Xəzərdə yüngül sualtı qayıqlardan istifadə etməyə çalışır. Bu barədə Trend çərşənbə günü İran KİV-ə istinadən məlumat verir.

Admiral Abbas Zamininin sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri öz sualtı qayıqların layihələndirilməsi, tikintisi və təmiri sahəsində böyük uğur əldə edib.

İran orta ağır sualtı qayıqlar istehsal edir və gələcəkdə iri ağır sualtı qayıqların istehsalına çalışır.

Bu layihələr İran Hərbi Dəniz Fonanmasının inkişafı və onun beynəlxalq sularda iştirakı üzrə ümumi strategiyanın hissəsidir. Hazırda hərbi qruplar Hind okeanının şimalına, Qırmızı dənizə, Suveyş kanalına, Aralıq dənizinə və Ədən körfəzinə yollanmağa çalışırlar.

Xəbər lenti

Xəbər lenti