...

ABŞ-da ixrac işi üzrə ittiham olunan Azərbaycan vətəndaşı nəzarət altına alınıb

Siyasət Materials 12 Oktyabr 2012 09:57 (UTC +04:00)
Rusiyadakı "Arc Electronics" şirkətinin ikili təyinatlı texnologiyalarının qanunsuz ixracında ittiham olunan Sevinc Tağıyeva Hyuston məhkəməsi tərəfindən nəzarət altına alınıb.
ABŞ-da ixrac işi üzrə ittiham olunan Azərbaycan vətəndaşı nəzarət altına alınıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Rusiyadakı "Arc Electronics" şirkətinin ikili təyinatlı texnologiyalarının qanunsuz ixracında ittiham olunan Sevinc Tağıyeva Hyuston məhkəməsi tərəfindən nəzarət altına alınıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.

Hakim Corc Henks öz qərarını belə izah edib ki, Tağıyevanın ABŞ Ədalət məhkəməsindən qaçıb gizlənməsinə böyük şanslar var. Çünki onun ailəsi - oğlu, anası və qardaşı Bakıda yaşayırlar, "Arc Electronics" açdığı işçi viza isə şirkətin bütün aktivlərinin həbsi ilə əlaqədar qüvvəsini itirib.

Tağıyeva 2009-cu ildə tələbə vizası ilə ABŞ-a gəlib və Texas Universitetində oxuyur.

Məhkəmədə ikigünlük dinləmələr ərzində 20-yə yaxın adam onu məhkəmədə dəstəkləyib, üç dostu ev həbsindən azad olunmaq üçün lazım olan maliyyə zəmanətlərinə zaminlik edib.

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin tapşırığı ilə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan vətəndaşı Sevinc Tağıyevaya lazımi hüquqi və konsul köməyini göstərəcək. Bu barədə daha öncə Trend-ə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Hazırda səfirlik Tağıyevanın hansı məqsədlə ABŞ-da olmasını araşdırır. Hələ ki konsulluğun əməkdaşları onunla görüşə bilməyiblər. O, Hyuston şəhərində həbsdə saxlanılır.

ABŞ-ın hüquq-mühafizə orqanları Tağıyevanı ixrac prosedurlarının pozulmasında ittiham edirlər.

Abdullayevin sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Tağıyevanın tutulmasından dərhal sonra bu barədə Azərbaycan səfirliyini xəbərdar edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hələlik saxlanılan digər vətəndaş - Şövkət Abdullayev barəsində dəqiq informasiya yoxdur.

Bir müddət əvvəl Rusiya XİN Hyustonda Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həbs edilmiş şəxslər arasında Azərbaycan vətəndaşlarının olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti