...

Neapol şəhərinin meri Bakıya səfərə dəvət edilib (FOTO)

Siyasət Materials 30 Dekabr 2012 17:54 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Neapol şəhərinə işgüzar səfər edir. Səfərin məqsədi Bakı ilə Neapol arasında qardaşlaşma münasibətlərinin yaranmasının cari ildə 40 ilinin tamam olduğunu nəzərə alaraq, yeni əməkdaşlıq imkan və perspektivlərinin araşdırılması olub.
Neapol şəhərinin meri Bakıya səfərə dəvət edilib (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Neapol şəhərinə işgüzar səfər edir. Səfərin məqsədi Bakı ilə Neapol arasında qardaşlaşma münasibətlərinin yaranmasının cari ildə 40 ilinin tamam olduğunu nəzərə alaraq, yeni əməkdaşlıq imkan və perspektivlərinin araşdırılması olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində səfir V.Sadıqov Neapol şəhərinin meri Luici de Macistris ilə görüş keçirmişdir. Görüş zamanı səfir V.Sadıqov son illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf təmayüllərinə, makroiqtisadi vəziyyətinə və Azərbaycan-İtaliya münasibətlərinin müxtəlif aspektlərinə dair həmsöhbətinə məlumat vermiş, Bakı ilə Neapol arasında əməkdaşlığa əhəmiyyət verdiyini bildirmişdir. Bununla əlaqədar, səfir Azərbaycan tərəfinin bu əlaqələrə təkan vermək və yeni məzmun gətirmək niyyətində olduğunu diqqətə çatdırmışdır. Səfir V.Sadıqov Neapol ilə iqtisadiyyat, mədəniyyət, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanların olduğuna inandığımızı vurğulamışdır. Bu xüsusda, Neapol meri yeni əməkdaşlıq təklif və təşəbbüslərinin müzakirə edilməsi məqsədilə Bakıya səfərə dəvət edilmişdir.

Mer L.De Macistris hər iki şəhərin zəngin tarixə və mədəniyyətə malik olan mərkəzlər kimi dünya irsi abidələrinə sahib olduğunu ifadə etmişdir. O, Bakı ilə Neapol arasında əməkdaşlığın inkişaf etməsində maraqlı olduğunu bildirmişdir.

Səfər çərçivəsində səfir V.Sadıqov Neapolun kiçik və orta müəssisələrini birləşdirən ASSİMEA birliyində şəhərin iş adamları ilə görüş keçirmişdir. Görüş zamanı, səfir V.Sadıqov Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrə, Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitə, potensial əməkdaşlıq sahələri və layihələrinə, Neapol meri ilə görüşünün nəticələrinə dair həmsöhbətlərinə xülasə etmişdir.

Həmin gün səfir V.Sadiqov Neapolun Bakı küçəsinin (Via Baku) yerləşdiyi VIII-ci bələdiyyəsinə səfər etmiş, bələdiyyənin sədri Ancelo Pizani ilə görüşmüşdür.

Səfər çərçivəsində səfir V.Sadiqov Neapolun "Il Denaro" və "Koryere del Metsocorno" qəzetlərinə müsahibə vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti