...

Ermənistan son 5 ildə 200 min nəfər itirib - prezidentliyə namizəd

Siyasət Materials 8 Fevral 2013 13:05 (UTC +04:00)
Ermənistanda azad, ədalətli və şəffaf seçkilərin keçiriləcəyi halda, yeni prezident meydana çıxacaq.
Ermənistan son 5 ildə 200 min nəfər itirib - prezidentliyə namizəd

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ermənistanda azad, ədalətli və şəffaf seçkilərin keçiriləcəyi halda, yeni prezident meydana çıxacaq. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə jurnalistlərə prezidentliyə namizəd, "İrs" partiyasının lideri Raffi Ovannisyan bildirib.

O, Ermənistanın quruculuğu işində öz töhfəsini vermiş bütün namizədlərə hörmət etdiyini bildirib.

"Mən üç prezidentdən başlayaraq, Paruyr Hayrikyan, Qrant Baqratyan və Arman Melikyana qədər hamıya hörmət edirəm. Həqiqət hər şeydən yüksəkdədir, qoy onlar miqrasiyada özlərinin və sələflərinin təqsirləndirilməsinə görə inciməsinlər. Mən heç kimin xətrinə dəymək istəmirəm, lakin son 5 il ərzində Ermənistan 200 min nəfər itirib. Sələflər də boş yerə sevinməsinlər, çünki miqrasiya onların hakimiyyətdə olduqları zaman başlayıb", - o deyib.

Ovannisyan Ermənistanda azad, ədalətli və şəffaf seçkilərin keçiriləcəyi halda, yeni prezidentin meydana çıxacağına şübhə etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti