...

Yaxın Şərq üzrə "kvartet"in görüşü martın 18-19-da ABŞ-da baş tuta bilər

Siyasət Materials 15 Fevral 2013 05:58 (UTC +04:00)
Yaxın Şərq məsələlərinin tənzimlənməsi üzrə "kvartet"in nazirlər səviyyəsində görüşü mart ayının 18-19-da Nyu-Yorkda baş tuta bilər.
Yaxın Şərq üzrə "kvartet"in görüşü martın 18-19-da ABŞ-da baş tuta bilər

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Yaxın Şərq məsələlərinin tənzimlənməsi üzrə "kvartet"in nazirlər səviyyəsində görüşü mart ayının 18-19-da Nyu-Yorkda baş tuta bilər. RİA Novosti xəbər verir ki, bu haqda ölkələrdəki və təşkilatdakı mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, hələ də "dördlüyün" üzvlərindən hər hansı rəsmi diplomatı bununla bağlı şərh vermir.

Bir müddət öncə Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, bu ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, bu yazda Yaxın Şərq üzrə "kvartet"in nazirlər səviyyəsində görüşünü təşkil etmək lazımdır. O, deyib ki, bunu mart ayında BMT TŞ-nin Əfqanıstan məsələsi üzrə Nyu-Yorkda və ya aprel ayında "böyük səkkizliyin" XİN rəhbərlərinin Londonda keçiriləcək görüşü çərçivəsində təşkil etmək olar.

Rusiyanın, ABŞ-ın, AB-nin və BMT-nin daxil olduğu "kvartet" 2001-ci ilin sonunda yaradılıb və Yaxın Şərq regionu üzrə sülh prosesini tənzimləyən xarici mexanizm kimi çıxış edir. "Kvartet" mütəmadi olaraq, nazirlər, həmçinin, onların nümayəndələri səviyyəsində görüşlər keçirir.

Xəbər lenti

Xəbər lenti