...

Azərbaycanın gənclər təşkilatları "Türk Hava Yolları"nda erməni qəzetinin paylanmasından təəssüflənir

Siyasət Materials 22 Fevral 2013 17:42 (UTC +04:00)
Azərbaycanın gənclər yəşkilatları "Türk Hava Yolları"nda (THY) ermənilərin nəşr etdirdiyi "Aqos" qəzetinin paylanmasını qınayır və bundan çox təəssüfləndiklərini bildirirlər.
Azərbaycanın gənclər təşkilatları "Türk Hava Yolları"nda erməni qəzetinin paylanmasından təəssüflənir

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın gənclər təşkilatları "Türk Hava Yolları"nda (THY) ermənilərin nəşr etdirdiyi "Aqos" qəzetinin paylanmasını qınayır və bundan çox təəssüfləndiklərini bildirirlər.

Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Seymur Orucov Trend-ə bildirib ki, xüsusən də Xocalı soyqırımı ərəfəsində bu cür halın baş verməsi olduqca təəssüfləndiricidir.

"Türkiyə Azərbaycana qardaş, dost bir dövlətdir. Bu rəsmi bir mövqe olmasa da, hər halda Xocalı soyqırımı ərəfəsində belə bir qəzetin "Türk Hava Yolları"nda paylanmasını qəti şəkildə qınayıram və qardaş ölkədən bunu gözləmirdim. Əgər başqa dövlətlər bizə qarşı bu hərəkəti etsə, bu, bizdə o qədər təəssüf hissi doğurmaz, amma qardaş Türkiyədə hər hansı bir özəl şirkətin və ya vətəndaşın bu cür halara şərait yaratması bizi çox təəssüfləndirir", - Orucov vurğulayıb.

O qeyd edib ki, THY nəzərə almalıdır ki, axı Azərbaycan dövləti, milləti onlara ermənilərdən çox yaxındı. "Hər halda bu məsələyə bəşəri dəyərlər fonunda baxırlarsa, bəşəri dəyərləri qardaşlıq dəyərlərinə qurban vermək heç də yaxşı nəticələr verməz", - Orucov deyib.

Onun fikrincə, ola bisin ki, bununla, erməni təşkilatları Azərbaycan ilə Türkiyə dövlətləri, xalqları arasında bu qardaşlıq münasibətlərini korlamaq, aranı qarışdırmaq istəyir.

"Mən arzu edərdim ki, "Türk Hava Yolları" bu cür provokasiyalara getməsin. Çünki bu, həqiqətən bizə mənəvi cəhətdən təsir edir, çünki biz güvəndiyimiz qardaş ölkədən bu cür hərəkətlər gözləmirik, bizim birliyimiz, qardaşlığımız əbədidir", - Orucov bildirib.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı da Trend-ə bu faktdan çox narahatlıq və təəssüf hissi keçirdiyini bildirib.

O, türk ictimai fikrinin aparıcı nümayəndələrini bu məsələyə münasibət bildirməyə çağırıb.

"İnanıram ki, onlar da bu məsələyə münasibət bildirəcəklər. Sürix protokolları imzalanarkən, Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gələrkən də Türkiyə xalqı öz haqq səsini qaldırdı və nəhayətdməlum nəticələr əldə olundu", - Qoşalı deyib.

O bildirib ki, bu cür həssas məsələlərdə qardaş Türkiyə ondan nə qədər gözləntilər olduğunun fərqində olmalı və bir qardaş ölkə kimi üzərinə düşən tarixi missiyanı yerinə yetirməlidir.

"Eyni zamanda, "Türk Hava Yolları" mənsub olduğu dövlətin və adındakı türk sözünün fərqinə varmalıdır. Onun ən çox gediş-gəliş həyata keçirdiyi türk ölkələri və Azərbaycan Respublikasının da bu məsələdə necə həssas olduğunun fərqinə varacaqlarına inanıram və bu provokasiya aktını həyata keçirmək istəyənlər peşman olacaqlar", - Qoşalı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti