...

Fransa parlamentində baş vermiş hadisə mənəviyyat və demokratiyaya ziddir - senator

Siyasət Materials 27 Fevral 2013 17:09 (UTC +04:00)
Fransa parlamentində Azərbaycan vətəndaşlarına qarşı baş vermiş hadisə mənəviyyat və demokratiya ilə ziddiyyət təşkil edir.
Fransa parlamentində baş vermiş hadisə mənəviyyat və demokratiyaya ziddir - senator

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, A.Bədəlova/

Fransa parlamentində Azərbaycan vətəndaşlarına qarşı baş vermiş hadisə mənəviyyat və demokratiya ilə ziddiyyət təşkil edir. Bunu çərşənbə günü Trend-ə Fransa parlamentinin deputatı Natali Qule deyib.

Qulenin sözlərinə görə, baş vermiş hadisə erməni diasporunun həqiqi simasını və demokratik səviyyəsinin aşağı olduğunu göstərir.

"Xüsusilə də rəsmi məkanda bu cür ziddiyyət diasporun ədəbsiz hərəkəti ilə həll edilə bilməz. Bu, erməni diasporunun imicinə xeyli zərər vurur", - Qule qeyd edib.

O, insidentə görə məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynоv Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürоsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diaspоru nümayəndələri də iştirak edərək bu gün Хоcalı sоyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar.

Оnların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb оlsa da, Azərbaycan diaspоrunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tariхi fakta əsaslanmadığını bildiriblər. Bundan sоnra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diaspоrunun rəhbəri və Hüseynova hücum edərək оnları vəhşicəsinə döyüblər. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəliblər.

Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir.

Vüsal Hüseynov həmvətənini qorumağa çalışarkən, zərbələrdən çoxu ona dəyib, nəticədə ağır bədən xəsarətləri alıb. Onun daxili orqanları zədələnib, həmçinin qabırğası sınıb.

İnsident Fransa parlamentinin bir neçə deputatının gözü önündə baş verib və onlardan heç biri bunun qarşısını almaq üçün heç bir tədbir görməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti