Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Varşavaya rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə yola düşüb.
Səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq, hərbi-texniki əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.