...

Fransa parlamenti Malidə hərbi əməliyyatların davam etdirilməsinə qərar verib

Siyasət Materials 23 Aprel 2013 05:04 (UTC +04:00)
Fransa parlamenti Malidə hərbi əməliyyatların davam etdirilməsinə qərar verib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Jan-Mark Eyro 4 ay davam etmiş əməliyyatların nəticələrini qiymətləndirməklə, özünü siyasi və hərbi nöqteyi-nəzərdən sübut edib.
Fransa parlamenti Malidə hərbi əməliyyatların davam etdirilməsinə qərar verib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Fransa parlamenti Malidə hərbi əməliyyatların davam etdirilməsinə qərar verib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Jan-Mark Eyro 4 ay davam etmiş əməliyyatların nəticələrini qiymətləndirməklə, özünü siyasi və hərbi nöqteyi-nəzərdən sübut edib.

"Fransa Malinin süqutunun qarşısını aldı və regionda sabitliyi təmin etdi" - deyə o, əlavə edib.

Baş nazir eyni zamanda, bildirib ki, Fransa ordusu Malidə daimi qalmayacaq.

Onların tədrici çıxarılması aprelin 22-dən başlanıb və 500 əsgər Malini tərk edib.

Xəbər lenti

Xəbər lenti