...

İƏT ölkələri nazirlərinin Bakı sessiyasında yekun kommünike qəbul edilib

Siyasət Materials 26 Aprel 2013 12:32 (UTC +04:00)
Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək və sosial müdafiə nazirlərinin 2-ci sessiyası öz işini başa çatdırıb.
İƏT ölkələri nazirlərinin Bakı sessiyasında yekun kommünike qəbul edilib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək və sosial müdafiə nazirlərinin 2-ci sessiyası öz işini başa çatdırıb.

Trend-in Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbul ofisinin nümayəndəsi və sessiyada nümayəndə heyətinin rəhbəri Elməddin Mehdiyevə istinadən verdiyi xəbərə görə, sessiyanın sonunda qəbul olunan yekun kommünikeyə, İKGF-nin təşəbbüsü ilə İƏT ölkələrində texniki peşə məktəblərinin sayının və keyfiyyətinin artırılması ilə bağlı bənd əlavə edilib.

Təşəbbüsün əsas məqsədi mühəndislik və maşınqayırma sahəsində yeni kadrların hazırlanması yolu ilə sözügedən ölkələrdə iqtisadi artıma və işsizliyin qismən aradan qaldırılmasına nail olmaqdır.

İKGF ofisindən verilən xəbərə görə, son dövrlərdə müsəlman ölkələrinin işsizliklə bağlı üzləşdiyi problemlərdən biri əmək bazarında ali təhsil alanların sayının vakansiya yerləri sayını keçməsi, bununla da onlar arasında işsizliyin artması və əksinə, orta texniki peşə təhsili olan gənclərin sayının əmək bazarının ehtiyaclarını ödəməməsidir. Belə ki, işə götürən şirkətlər çox zaman texniki sahədə lazımi mütəxəssisləri tapmaqda çətinlik çəkirlər.

Kommünikenin bəhs edilən bəndində İslam İnkişaf Bankı və İslam Ticarət və Sənayə Palatasından bu təşəbbüsə dəstək göstərilməsi xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti