Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/
Azərbaycanın müdafiə naziri Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karğarı qəbul edib.
Görüşdə Əfqanıstan-Azərbaycan əməkdaşlığının əsasları və hər iki bölgədə hərbi-siyasi vəziyyət müzakirə edilib.