...

ABŞ İordaniyada 700 hərbi qulluqçu saxlayacaq

Siyasət Materials 22 İyun 2013 07:19 (UTC +04:00)
ABŞ təlimlərdən sonra Suriya ilə qonşuluqda yerləşən İordaniyada təqribən 700 hərbi qulluqçu, həmçinin qırıcı təyyarələr və "Patriot" zenit-raket kompleksləri saxlayacaq.
ABŞ İordaniyada 700 hərbi qulluqçu saxlayacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend/

ABŞ təlimlərdən sonra Suriya ilə qonşuluqda yerləşən İordaniyada təqribən 700 hərbi qulluqçu, həmçinin qırıcı təyyarələr və "Patriot" zenit-raket kompleksləri saxlayacaq. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə ABŞ Prezidenti Barak Obamanın Konqresə ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur ki, amerikalı hərbçilər İordaniyanın tələbinə əsasən, regionda vəziyyət nizamlanana qədər bu ölkədə qalacaqlar.

Obamanın məktubunda bildirilir: "Bu bölmələrin yerləşdirilməsi ABŞ-ın milli təhlükəsizlik maraqlarına, İordaniyanın təhlükəsizliyi və regionda sabitliyin təmin olunmasının zəruriliyinə əsaslanır".

Qeyd edək ki, ABŞ ordusu əvvəlcə İordaniyaya "Eager Lion" təlimlərində iştirak etmək üçün gəlmişdi. Təlimlərdə Hərbi Hava Qüvvələrindən "F-16" qırıcıları iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti