...

ABŞ-Azərbaycan hərbi əməkdaşlığının prioritetləri müzakirə edilib

Siyasət Materials 27 İyun 2013 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı yeni və sabiq hərbi attaşelərini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı sabiq hərbi attaşesi polkovnik Daniel Qrillonu və həmin ölkənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik Kristofer Monahanı qəbul edib.

Görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının prioritetləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Müdafiə naziri hər iki qonağa gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti