Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/
İyulun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı hərbi-texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi Yücel Karaüz iştirak edib.