...

Səfər Əbiyev Oman Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Siyasət Materials 12 İyul 2013 16:06 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Omanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib.
Səfər Əbiyev Oman Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə naziri Omanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Ahmed bin Harith al-Nabhanini qəbul edib.

CİSM-in (Beynəlxalq Hərbi İdman Şurası) tərkibində hərbçilərin futbol üzrə dünya kubokunda iştirak edən ölkəsinin futbol yarışını müşaiyət etmək üçün Azərbaycana gələn qonaqla müdafiə naziri arasında müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti