...

Səfər Əbiyev amerikalı qvardiya komandanını qəbul edib

Siyasət Materials 30 Avqust 2013 15:38 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.
Səfər Əbiyev amerikalı qvardiya komandanını qəbul edib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı Milli Qvardiyasının komandanı, general-mayor Mayls Dirinqi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı müdafiə naziri son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən və bu kontekstdə Oklahoma ştatındakı Milli Qvardiya ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edərək mövcud geniş imkanların bu əlaqələri daha da inkişaf etdirməyə əlverişli şərait yaratdığını bildirib.

Səfər Əbiyev uğurları vurğulamaqla yanaşı sıx əməkdaşlıq məsələlərinin qurulmasında 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də qonağın diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq, tərəfdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.

Müdafiə nazirinin fikirləri ilə razılaşdığını səsləndirən Milli Qvardiyanın komandanı general Dirinq Azərbaycanı Amerika Birləşmiş Ştatlarının yaxın dostu kimi dəyərləndirərək onun dünyada strateji ölkəyə çevrildiyini də qeyd edib. Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə Səfər Əbiyevə öz dərin təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti