...

Səfir: Azərbaycanla Türkiyə arasında Ali Hərbi Şuranın iclası dekabrda Bakıda keçiriləcək

Siyasət Materials 30 Avqust 2013 20:42 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında Ali Hərbi Şuranın iclası bu il dekabrda Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşğun Türkiyədə Qələbə Gününün 91-ci ildönmünə həsr edilmiş tədbirdə deyib.
Səfir: Azərbaycanla Türkiyə arasında Ali Hərbi Şuranın iclası dekabrda Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir A.Tağıyeva/

Azərbaycanla Türkiyə arasında Ali Hərbi Şuranın iclası bu il dekabrda Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşğun Türkiyədə Qələbə Gününün 91-ci ildönmünə həsr edilmiş tədbirdə deyib.

Səfir onu da qeyd edib ki, Azərbaycanla Türkiyə arasında Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclası noyabrda Türkiyədə keçiriləcək.

Diplomat Azərbaycanla Türkiyə arasındakı enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırıldığını bildirib.

Coşğunun sözlərinə görə, Trans Adriatik qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri təkcə region üçün deyil, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti