...

Çin şirkəti Türkiyədə uzaqmənzilli raketlər yaradacaq

Siyasət Materials 27 Sentyabr 2013 11:14 (UTC +04:00)
Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında Türkiyədə uzaqmənzilli raketlərin yaradılması barədə elan edilən tenderdə Çinin "CPMIEC" şirkətinin qalib gəldiyi bəyan edilib.
Çin şirkəti Türkiyədə uzaqmənzilli raketlər yaradacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında bəyan edilib ki, Türkiyədə uzaqmənzilli raketlərin yaradılması barədə elan edilən tenderdə Çinin "CPMIEC" şirkəti qalib gəlib. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən bildirib.

Qəzetin məlumatına görə, uzaqmənzilli raketlər Çin şirkəti ilə Türkiyə şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılacaq.

Nəşr bildirir ki, FD-2000 tipi üzrə raketin yaradılmasını nəzərdə tutan Çinin "CPMIEC" şirkətinin layihəsi texniki cəhətdən Rusiya, Amerika və Fransa-İtaliya şirkətlərinin təkliflərindən üstün olub.

FD-2000 tipli raketlər iki kilometr hündürlüyə qalxa və 100 kilometr uzaqlıqda hədəfi vurmaq imkanına malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti