...

Hidayət Orucov: Azərbaycan-Qırğızıstan əlaqələri inkişaf edir

Siyasət Materials 20 Noyabr 2013 19:48 (UTC +04:00)
Azərbaycan-Qırğızıstan əlaqələri son zamanlar inkişaf etməkdədir.
Hidayət Orucov: Azərbaycan-Qırğızıstan əlaqələri inkişaf edir

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan-Qırğızıstan əlaqələri son zamanlar inkişaf etməkdədir. Trend-in çərşənbə günü "AKİpress"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Beynəlxalq Qırğızıstan-Azərbaycan Forumunda deyib.

Onun sözlərinə görə, qırğızlar və azərbaycanlılar qardaşdırlar: "Qırğız qardaşlarımız bizim tarixi abidələrimiz və insanlarımızla fəxr edirlər. Biz də qırğız qardaşlarımızın uğurları ilə öyünürük. Şadıq ki, hazırda Qırğızıstanda sabitlik yaranır".

H.Orucov bildirib ki, hazırda iki ölkə potensiallarından tam istifadə etmirlər: "Biz birlikdə güclü ola bilərik. Tez-tez görüşmək və birgə planlarımızı müzakirə etmək yaxşı olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti