...

İsveçrə Yanukoviçin hesablarını dondurdu

Siyasət Materials 28 Fevral 2014 15:58 (UTC +04:00)
İsveçrə hakimiyyəti Ukraynanın 20 vətəndaşının Konfederasiyadakı banklarda olan hesablarını dondurub.
İsveçrə Yanukoviçin hesablarını dondurdu

Azərbaycan, Bakı, 28 fevral /Trend/

İsveçrə hakimiyyəti Ukraynanın 20 vətəndaşının Konfederasiyadakı banklarda olan hesablarını dondurub.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hesabı dondurulanlar arasında Viktor Yanukoviç və oğlu Aleksandr, Sergey Arbuzov, Nikolay Azarov və hökumətin digər üzvləri var.

Bu arada Cenevrə prokurorluğu çirkli pulların yuyulması ittihamı üzrə V.Yanukoviçə qarşı cinayət işi qaldırıb.

Cenevrə prokurorluğunun mətbuat katibi Enri Della Kaza deyib ki, cinayət işi dünən qaldırılıb: "Bu iş çərçivəsində Yanukoviçin oğlu Aleksandra məxsus şirkətin Cenevrə ofisində axtarış aparılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti