...

Putin: Rusiya Krımı birləşdirməyi planlaşdırmırdı

Siyasət Materials 10 Aprel 2014 17:21 (UTC +04:00)
Rusiya Krımı birləşdirməyi planlaşdırmırdı, qərar yalnız yerli sakinlərin əhval-ruhiyyəsi barədə alınan məlumatlardan sonra qəbul edildi. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin fəalları ilə görüşdə bəyan edib.
Putin: Rusiya Krımı birləşdirməyi planlaşdırmırdı

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Rusiya Krımı birləşdirməyi planlaşdırmırdı, qərar yalnız yerli sakinlərin əhval-ruhiyyəsi barədə alınan məlumatlardan sonra qəbul edildi. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin fəalları ilə görüşdə bəyan edib.

O, qeyd edib: "Mənim tərəfimdən yekun qərar insanların əhval-ruhiyyəsi aydın olandan sonra qəbul edildi. Axı biz hadisələrin belə inkişafına hazırlaşmırdıq".

Prezident deyib ki, yaxın illərdə Krım maliyyə yardımı göstərilən ərazidən donor regiona çevrilə bilər. "Bu ərazinin iqtisadi potensialı çox böyükdür. Düşünürəm ki, yaxın vaxtlarda, yaxın bir neçə il ərzində, ola bilsin ki, hətta bir qədər tez Krım maliyyə yardımı göstərilən ərazidən donora çevrilə bilər. Bunun üçün orada hər şey var".

V.Putin bildirib ki, Krımda böyük olmayan, amma səmərəli sənaye yaradıla bilər. "Orada cənub sahilində çox perspektivli struktur var".

O, hesab edir ki, yarımadanın inkişafına düzgün yanaşılarsa, "onda nəticə kifayət qədər sürətli və nəzərəçarpan ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti