...

Prezident İlham Əliyev Tovuz rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 16 Fevral 2016 19:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev Tovuz rayonuna səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlətimizin başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti