...

Xəzərin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib

Siyasət Materials 22 Dekabr 2016 19:12 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında Xəzərin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib.
Xəzərin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan arasında Xəzərin hüquqi statusu üzrə Bakıda ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstannı isə Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova təmsil edib.

Görüşdə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizi ilə bağlı digər aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb. Xəzəryanı ölkələrin Dövlət Başçılarının növbəti Zirvə Toplantısına qədər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tam şəkildə razılaşdırılması və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün Aşqabadda səmərəli keçirilməsi üçün birgə səylərin artırılması vacibliyi vurğulanıb.

Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti