Prezident İlham Əliyev və xanımı İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev və xanımı İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı teatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış oldular.

Dövlətimizin başçısına və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirilib ki, Müslüm Maqomayev 20 ünvanında yerləşən Marionet Teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid idi. Tarixi binanın fasadında XIX əsrin sonuna xas klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə edilib.

Qeyd olunub ki, milli dəyərlərə bağlılığı qorumaq və mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Marionet Teatrı 2013-cü ildən fəaliyyət göstərir. Tarixi və mədəni irsimizin, milli mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Nəticədə teatr üçün İçərişəhərdə bina ayrılıb və bu binanın teatrın fəaliyyətinə uyğunlaşdırılması işləri uğurla tamamlanıb. Teatrda istifadə olunan kuklalar buradakı emalatxanada hazırlanacaq.

Marionet teatrı fenomeni yetərincə maraqlı olmaqla yanaşı, dünyada populyar olan teatr incəsənəti janrlarındandır. Bu janr teatr növləri arasında çox çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici sayılanlardan biridir. Çətin olduğuna görə, əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Azərbaycanda Marionet Teatrı ilk dəfə 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb. Bütün yaş qrupuna aid insanlarda maraq doğuran bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlıq, milli geyim və musiqi, dilimizin nitq melodikasını, xalqımızın həyat tərzini və bayramlarımızı, rəqslərimizi özündə birləşdirir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatrın səhnəsində marionet kuklalarının ifasında “Leyli və Məcnun” operasından bir hissəyə tamaşa etdilər.

Qədim Şərq folkloruna məxsus məhəbbət əfsanəsi “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli eyniadlı poemalar yazıblar. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını bəstələyib. “Arşın mal alan” operettası və “Leyli və Məcnun” operası hazırda Marionet Teatrının repertuarında xüsusi yerlərdən birini tutur. Teatr 1990-cı ildə Fransada “Arşın mal alan”ın uğurlu premyerasını keçirib, sonrakı illərdə bu operettanı dünyanın bir çox ölkələrində nümayiş etdirib. Bu gün isə artıq teatrın qastrol xəritəsində Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələr də yer alır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin yeni “Şirvanşahlar” kolleksiyası ilə də tanış oldular.

İncəsənət Mərkəzi 2012-ci ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və Londonda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasındakı razılaşma əsasında yaradılıb. Mərkəzin dörd illik uğurlu fəaliyyəti nəticəsində Azərbaycan incəsənəti və sənətkarlığının gələcək inkişafı üçün yaradıcı gənc sənətkarlar qrupu yetişdirilib. Mərkəzdə Azərbaycanın tarixi və mədəni irsindən ilhamlanan, eyni zamanda, müasir bazarın kommersiya tələblərinə və estetik həssaslığına cavab verən müxtəlif məhsullar ərsəyə gətirilir. IX-XVI əsrlərdə Azərbaycan ərazisində hökmranlıq edən Şirvanşahlar dövlətinin zəngin mədəniyyəti kolleksiyada öz əksini tapıb. XIII əsrdə Şirvanşah III Fəribürzün əmri ilə tikilən Bayıl Qəsri, Şirvan-Abşeron memarlıq məktəbinin XIII-XVI əsrlərə aid Şirvanşahlar Saray Kompleksi memarlıq abidəsi, eləcə də Şirvanşahlar dövlətinin atributları kolleksiyanı yaradan dizaynerlər tərəfindən əsas ilham mənbəyi olaraq seçilib.

Bütün bunlar göstərir ki, Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunması diqqət mərkəzindədir. Xalqımızın milli sərvəti olan İçərişəhər dövlətimizin başçısının diqqət və qayğısı sayəsində intibah dövrünü yaşayır, burada həyata keçirilən bərpa işləri bu qədim şəhəri xalqımızın çoxəsrlik tarixinə həmişəlik daxil edib. Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi olan İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir.

Sonda xatirə şəkli çəkdirildi.

Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Loading Bars
Xəbər lenti
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib
Poltavadakı diaspor fəalları Qələbədən qürurlandıqlarını bildiriblər (FOTO)
Etirazçılar Fransa səfirliyi qarşısında bəyanat səsləndirib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri uşaq evlərinə başçəkmələr həyata keçirib (FOTO)
Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur (VİDEO)
Fransa bu cür qərəzli münasibətlə Minsk Qrupunda fəaliyyət göstərə bilməz - Deputat
Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir (ÖZƏL)
Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib
Azərbaycan nefti bahalaşıb
Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
Qarabağ və ətraf rayonların elektrik enerjisi ilə təchizatı yaxşılaşır
Torpaqlarımızın işğaldan azad edilməsində iştirak edə bilməsəm də, bərpasında iştirak etmək istərdim - Usta ilə söhbət
Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb
Kəlbəcərin səhiyyə statistikası açıqlanıb
Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
Böyük Qələbənin sonsuz sevinci
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb
Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
Bütün xəbərlər