...

Finlandiya Prezidenti: Azərbaycanla ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırıb

Siyasət Materials 8 Aprel 2017 14:28 (UTC +04:00)
Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Finlandiya Prezidenti: Azərbaycanla ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırıb

Bakı. Trend:

Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənab Prezident. Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin.

İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırmışdır. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq.

Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti