...

Milli Məclisin deputatı Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək

Siyasət Materials 4 Oktyabr 2018 09:18 (UTC +04:00)
Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq.
Milli Məclisin deputatı Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq.

Trend-in məlumatına görə, K.Bayramov Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək.

Deputat öncə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq. Oktyabrın 6-da isə seçki prosesini müşahidə edəcək, demokratik qaydalara riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, vətəndaşların fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti