...

İsrail Azərbaycana yeni səfir təyin etdi - KİM?

Siyasət Materials 16 Noyabr 2018 10:09 (UTC +04:00)
İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu bildirib.
İsrail Azərbaycana yeni səfir təyin etdi - KİM?

Bakı. Trend:

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu vəzifəyə Corc Dik təyin edilib. O, bu postda 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

Qeyd edilir ki, ölkə tarixində ilk dəfə səfir qismində xristian ərəb təyin olunub.

C.Dik nazirlikdə 2008-ci ildən fəaliyyətə başlayıb, 2009-2012-ci illərdə İsrailin Nigeriyada, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbər müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti