Fərid Cəfərov: Gənclər Fondu növbəti ildə fəaliyyətini daha da genişləndirəcək (MÜSAHİBƏ)

Fərid Cəfərov: Gənclər Fondu növbəti ildə fəaliyyətini daha da genişləndirəcək (MÜSAHİBƏ)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun Trend-ə müsahibəsi

- Fərid müəllim, Gənclər Fondu yarandığı gündən ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində olduqca fəal iştirak edir. Ölkə başçısının 2018-ci il martın 7-də imzaladığı Fərmanla "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılmasından 1 ildən artıq vaxt keçib. Bu müddət ərzində Gənclər Fondu qarşıya qoyulan vəzifələrin öhdəsindən necə gəlib, hansı hədəflərə nail olub?

- Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin 7 mart 2018-ci il tarixində fərmanı ilə Gənclər Fondunun nizamnaməsində dəyişiklik olundu və Fonda yeni vəzifələr həvalə olundu. Fond yeni nizamnaməyə müvafiq olaraq, fəaliyyətinin ilk ilində bir sıra mühüm işlər görüb, iki qrant müsabiqəsini elan edib, gənclərə və gənclər təşkilatlarına ideyalarını gerçəkləşdirmək üçün dəstək göstərib. XI Qrant müsabiqəsi çərçivəsində 271 fərdi layihə, 8 beynəlxalq və 91 yerli layihə Fond tərəfindən dəstəklənmişdir.

Fond təkcə bir il ərzində 71 gəncin beynəlxalq tədbirlərdə iştirakını maliyyələşdirib. Eyni zamanda bu müddətdə Gənclər Fondu rəsmi veb saytının yenilənmiş və təkmilləşdirilmiş versiyasını təqdim etdi. Eləcə də yeni məzun olmuş və iş tapmaqda çətinlik çəkən gənclərimiz üçün çox böyük motivasiya olan “Gənclərin Məşğulluq Proqramı”, sosial müdafiəyə ehtiyacı olan gənclərimiz üçün ölkə daxilində “Gənclərin Təhsilinin Maliyyələşdirilməsi Proqramı”, ixtisas təhsilini xaricdə magistr pilləsi üzrə davam etdirmək istəyən gənclərimiz üçün “Xaricdə Təhsilin maliyyələşdirilməsi Proqramı”nı pilot layihə olaraq təqdim etdi.

Diqqətinizə çatdırım ki, Fond gənclərin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi istiqamətində də mühüm işlər görür. 1 il müddətində Gənclər Fondunun maliyyə dəstəyilə 34 tələbə Avropa Parlamentində təcrübə səfərinə göndərilib, 71 gəncin beynəlxalq tədbirdə iştirakı maliyyələşdirilib.

- Gənclər Fondu ötən ay “Xaricdə təhsil” müsabiqəsini elan etdi və bu layihə kifayət qədər maraq doğurdu. Müsabiqənin davamı növbəti il üçün də nəzərdə tutulubmu?

- Məlumdur ki, gənclər siyasətinin əsas istiqamətlərindən biri də təhsildir. Ölkə başçısının 1 fevral tarixində gənclərlə görüşü zamanı da qeyd etdiyi kimi, “gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir” və cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasının mahiyyətində də Azərbaycan vətəndaşlarının, gənclərinin hərtərəfli inkişafı dayanır. Bu xüsusda, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Fonda həvalə olunub.

Gənclər Fondu bu il ilk dəfə olaraq “Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı”nı elan etdi və bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, Gənclər Fondunun yeni nizamnaməsinə uyğun olaraq, Fond ölkənin kadr ehtiyaclarını nəzərə almaqla, müvafiq ixtisas dərəcələri üzrə gənclərimizin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil haqqını maliyyələşdirəcəkdir. May ayının 23-dən etibarən, gənclərin xaricdə magistr pilləsi üzrə təhsilinin maliyyələşdirilməsi proqramı çərçıvəsində müsabiqə elan olunub və müsabiqəyə son müraciət tarixi 23 iyundur.

Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər Gənclər Fondunun rəsmi internet səhifəsində qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Həmçinin, ABŞ və Böyük Britaniyanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər. Müsabiqədən uğurla keçən gənclərin təhsil haqqı Fond tərəfindən ödənilməklə, növbəti tədris ilində dünyanın nüfuzlu universitetlərində təhsil ala biləcəklər.

- Bu il ölkə üzrə “Təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsində müraciətçilər üçün siyahıya 54 orta ixtisas təhsili müəssisəsinin də əlavə olunması diqqət çəkən məqamlardandır. Keçən il bu siyahı yalnız ali təhsil müəssisələri ilə məhdudlaşırdı.

- Məlumdur ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan və təhsil alan tələbələrimizin təhsil xərclərinin maliyyələşdirilməsi də bu gün ən aktual məsələlərdəndir. Sosial həssas kateqoriyaya daxil olan gənclərimizin illik təhsil haqqının tam və ya qismən maliyyələşdirilməsi nəzərdə tutulur. Ötən il 31 ali dövlət təhsil müəssisəsində təhsil alan sosial müdafiəyə ehtiyacı olan 237 gəncin təhsil xərcləri Fond tərəfindən ödənildi. Bu il müsabiqəyə əlavə olaraq 54 orta-ixtisas təhsili müəsissələrini də əlavə etmişik. Və çox güman ki, bu ilki müsabiqədədə müraciət edənlərin sayı daha çox olacaqdır.

- Gələn il üçün Gənclər Fondu hansı yeni layihələri həyata keçirməyi planlayır?

- Gənclər Fondu növbəti ildə fəaliyyətini daha da genişləndirəcək. Fond müxtəlif telekanal və radiolarda geniş miqyaslı və əhatəli gənclik layihələri, sosial çarxlar, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr, innovativ layihələr üçün güzəştli kreditlərin verilməsinə dəstək, beynəlxalq tədbirdə iştirakın, beynəlxalq təcrübə səfərlərinin sayının artırılması istiqamətində işlər həyata keçirəcək.

Bundan başqa, Gənclər Fondunun fəaliyyəti sosial şəbəkələrdə kifayət qədər aktivdir. “Facebook” sosial şəbəkəsində 73 mindən artıq izləyicimiz var. Regionlardan bizi minlərlə gənc izləyir. Fond regionlarda fəaliyyətini daha da aktivləşdirilməsinə çalışacaq. Bu istiqamətdə Fondun maddi-texniki bazasi əsasında yaradılmış “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin Qazax, Şəmkir filialları yaradılıb.

Biz gəncləri və gənclər təşkilatlarını növbəti müsabiqələrdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclərimizi dövlət tərəfindən onlar üçün yaradılmış bu imkanlardan istifadə edərək, dövlətimiz və cəmiyyətimiz üçün faydalı olmağa, ictimai fəaliyyətdə fəallıq göstərməyə çağırırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib
Azərbaycan zəngin tarixi abidələri ilə Şərq sivilizasiyasının mərkəzlərindən biridir
Azərbaycan zəngin tarixi abidələri ilə Şərq sivilizasiyasının mərkəzlərindən biridir
Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO)
Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO)
Loading Bars
Xəbər lenti
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur
8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək (VİDEO)
İqtisadiyyat Nazirliyi: Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal iştirak etməlidir
Binəqədidə boya zavodu yanır (FOTO/VİDEO)
594 obyektdə kobud qayda pozuntuları aşkarlanıb (FOTO)
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu (FOTO)
İranda elektrik stansiyada partlayış baş verib
KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)
İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələnib (FOTO)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub
Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb
Şəmkirçay su anbarında batan şəxs axtarılır
Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert
İranda koronavirusdan daha 148 nәfәr ölüb
İcazəsiz Qusara istirahətə gələnlər cərimə olundular (FOTO)
İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib
Samuxda yas mərasimi keçirənlər cərimələndi (FOTO)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev
AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)
"Air France" 7 mindən çox işçini ixtisar edəcək
Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)
Polis supermarketlərdə reydlər keçirir (FOTO/VİDEO)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır (FOTO)
Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli
Sabah hava küləkli olacaq
Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı (FOTO)
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir (VİDEO)
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi
Bakıdan Qəbələyə istirahətə gedənlər texniki vasitələrin köməyi ilə aşkarlandı (FOTO/VİDEO)
Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib (FOTO)
UNEC brendi Estoniyada da tanındı
BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi
Solomon adaları yaxınlığında güclü zəlzələ olub
Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb
Bakıda alternativ qaz xətləri çəkilir (FOTO)
Coca-Cola və ASAN Könüllüləri tibb işçilərinə dəstək oldu (FOTO)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilib (FOTO)
Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb
DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər
Parisdə yanğın olub - Ölən var
Həkim: Bəhram Bağırzadənin ümumi vəziyyətində ötən gün ərzində əhəmiyyətli dəyişiklik baş verməyib
Səbaildə ad günü keçirənlər cərimələndi (VİDEO)
Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb (FOTO)
DYP: Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Qazaxda restoranda nişan edənlər saxlanıldı, 15 nəfər cərimələndi (FOTO/VİDEO)
Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı
Bakıda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi (FOTO)
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Türkiyə HHQ İraqın şimalında terrorçuların mövqelərinə zərbələr endirib
Karantin qaydalarını pozan 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 42 dəfə pozdu
Trampın məsləhətçisi koronavirusa yoluxub
Bakıda orta yaşlı kişi küçədə bıçaqlandı
TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib
Qazaxıstanda koronavirusa yoluxanların sayı 45 mini ötüb
Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var
ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb
Yaponiyada 200 min nəfərə təxliyə üçün təlimat verilib
Kanadada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Alabamada atışma olub, yaralananlar var
Braziliyada bir gündə koronavirusa 42 mindən artıq insan yoluxub
Puerto-Riko sahillərində 5,5 bal gücündə zəlzələ olub
Tovuzda top mərmiləri aşkarlanıb (FOTO)
Massaçustsdə ticarət mərkəzində atışma olub
Moskvada koronavirusdan daha 25 nəfər ölüb
Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Türkiyədə zəlzələ olub
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb
Türkiyədə pirotexnika zavodunda partlayış nəticəsində 4 nəfər ölüb
DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək
Bu gündən iyulun 6-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Metronun fəaliyyəti iyulun 20-dək dayandırıldı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü
Koronavirus: ABŞ-da sutkalıq yoluxma rekordu, Fransada ikinci dalğa gözlənilir
Prezident İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı
İsraildə koronavirusun ikinci dalğası elan edilib
Bütün xəbərlər