...

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - Sədr seçiləcək

Siyasət Materials 22 Fevral 2020 12:19 (UTC +04:00)
Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - Sədr seçiləcək

Bakı. Trend:

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də imzalayıb.

Trend-in məlumatına görə, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası fevral ayının 24-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi

4. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti