Bakı. Trend:
Bu il erməni qəsbkarlaının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 28 il ötür. Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi anım mərasimi təşkil edir.
Bu dəfə də bu faciənin dünya ictimaiyyətinə çatdırmaq üçün, sosial şəbəkələr vasitəsi ilə gənclər tərəfindən Ağdaban soyqrımı haqqında məlumatları Beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və xariçi nümayəndəliklərə göndərilib.
Bu barədə Trend-ə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib.
O, qeyd edib ki, tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrəndə açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir:
"Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır.
Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırımı cinayətinin qurbanları sırasında yer alırlar. Bu gün ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən xalqımızın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdrılır və onlara hüquqi-siyasi qiymət verilir.
Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib".