Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Energetika Nazirliyi müəyyən edilib.
Bundan əvvəl Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi idi.