...

Prezident İlham Əliyevin təşəbbüskarı olduğu OPEK+ formatının yaradılmasından sonra neftin ucuzlaşması dayandı - Deputat

Siyasət Materials 26 Dekabr 2020 11:43 (UTC +04:00)
Prezident İlham Əliyevin təşəbbüskarı olduğu OPEK+ formatının yaradılmasından sonra neftin ucuzlaşması dayandı - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev 5 il əvvəl Dünya İqtisadi Forumunda dünya bazarlarında neftin qiymətinin sabitləşməsi üçün neft hasilatını tənzimləmək məqsədilə OPEK+ formatının yaradılmasının ilk təşəbbüskarı oldu. Prezident İlham Əliyevin bu təşəbbüsünə qədər demək olar ki, dünya neft bazarları çökmüşdü. Neftin qiyməti 80%-dən çox aşağı düşmüşdü.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Prezidentin təklifi OPEK-də təmsil olunan və OPEK-dən kənar neft istehsalçı ölkələri tərəfindən dəstəkləndi:

"Məsələnin vacibliyini görən 24 ölkə OPEK+ formatında cəmləşərək neft hasilatının azaldılması ilə bağlı vahid qərara gəldilər. Məhz OPEK+ formatında aparılan müzakirələrdə neft istehsalçı ölkələrin bazara təqdim edəcəyi kvotalarla bağlı razılıq əldə olunandan sonra neftin qiymətinin kəskin ucuzlaşması dayandı və hətta müəyyən qədər artıma gətirib çıxartdı.

OPEK Azərbaycanı özünə etibarlı tərəfdaş hesab edir. Məhz OPEK-in Baş katibinin dövlət başçımıza ünvanladığı təbrik məktubunda Prezident İlham Əliyevin müdrik rəhbərliyinin bütün maraqlı tərəflərin faydalanması və qlobal sağlam iqtisadiyyatın təmin edilməsi üçün neft bazarlarının dayanıqlı və sabit olmasını qoruyub saxlamaqla bağlı Əməkdaşlıq Bəyannaməsində son dərəcə dəyərli olub ifadəsinin işlədilməsi prezidentimizin qlobal iqtisadiyyatın möhkəmlənməsinə verdiyi töhfədən irəli gəlir.

Azərbaycan Prezidenti İlham Əliyev qlobal iqtisadiyyatda və siyasətdə dünya gündəmi üçün böyük əhəmiyyət daşıyan təşəbbüslərlə çıxış etməklə dünya lideri olduğunu sübut edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti