İtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib

İtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib

Bakı. Trend:

Bakı şəhəri ilə qardaşlaşma əlaqlərinə malik olan İtaliyanın Neapol şəhərindən Azərbaycana münasibətdə dostluğun bariz nümunəsi olan növbəti addım atılıb.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Neapol Şəhər Şurasının üzvü Vincenzo Solombrino-nun Şəhər Şurasına təqdim etdiyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan addımların atılması üçün İtaliya hökumətinə müraciət sənədi” yekdilliklə qəbul edilib.

Sənəddə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağı bölgəsinin 1990-cı illərin əvvəllərində Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edildiyi, həm Dağlıq Qarabağdan, həm də ətraf 7 rayondan bütün azərbaycanlıların qovulduğu bildirilir. "BMT-nin TŞ-nın və Baş Assambleyanın müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərarları, eləcə də BMT-nin bütün üzv dövlətləri Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyir və bütün işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və bütün azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edir", deyə sənədin mətnində qeyd olunub.

Sənəddə Ermənistan tərəfindən Azərabycana qarşı ötən ilin sentyabrın 27-də başlayan növbəti təcavüzdən sonra yeni müharibənin alovlandığı və müharibənin 44 gün davam etdiyi vurğulanır. "Neapol Şəhəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, xüsusən də BMT və ATƏT-in müvafiq sənəd və qətnamələrində təsbit edilmiş suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq sülh yolu ilə həll edilməsini dəstəkləyən və Avropa Birliyi, İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və hökuməti münaqişə tərəflərini 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanan Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir", deyə sənəddə qeyd edilir.

Sənəddə, habelə qeyd olunur ki, münaqişənin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərin yenidən qurulması üçün strateji planın başladılması Azərbaycanda növbəti inkişaf mərhələsinin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu vəziyyətin italyan şirkətləri üçün yeni əhəmiyyətli iqtisadi və ticari imkanlar yarada biləcəyini nəzərə alaraq, Nepol Şəhər Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə daxil olan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret bir öhdəliyin ortaya qoyulmasına və İtaliya üçün aparıcı tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri planlaşdırılmağa çağırır.

Sənəddə, həmçinin iki ölkənin hökumət başçıları tərəfinən 2020-ci ilin fevralında imzalamış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də təsbit edilmiş siyasi, iqtisadi, enerji, texnoloji, mədəniyyət, akademik və səhiyyə sahələrində geniş əməkdaşlıqla xarakterizə olunan iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən də bəhs edilir. Eyni zamanda, sənəddə bu gün İtaliyanın əsas neft tədarükçüsü olan Azərbaycanın İtaliyanın enerji təchizatında mərkəzi rol oynadığı vurğulanır və TAP qaz kəmərinin istismar mərhələsinə qədəm qoyması ilə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da güclənəcəyi bildirilir. Habelə əlavə olunur ki, Cənubi Qafqazada İtalyan məhsullarının əsas idxalçısı məhz Azərbaycandır və İtaliyanın bölgə ilə idxal/ixracatının 92%-i Azərbaycanın payına düşür.

Məlum olduğu kimi, Azərbaycanın Bakı və Neapol 1972-ci ildən bəri qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma mədəni, ticarət və institusional mübadilə ilə iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsinə töhfələr verməkdidr. Bu istiqmamətdə Neapol-Bakı Assosiasiyası tərəfindən də müxtəlif təşəbbüslər həyata keçirilməkdədir. Neapol Şəhər Şurasının qərarına münasibətdə fikrini bildirən Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilia qeyd edib ki, “Neapol şəhəri beynəlxalq hüququ dəstəkləmək, Azərbaycanla, Bakı şəhəri ilə bütün sahələrdə əməkdaşlığı davam etdirmək üçün Azərbaycan xalqına və Azərbaycana yaxınlığını nümayiş etdirmək istəyib. Bu qardaşlaşma sübut edir ki, iki şəhər və iki xalq arasındakı qardaşlıq münasibətləri xüsusilə də çətin anlarda institusional dəstəklə təsdiq olunur".

Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə də Neapol Şəhər Şurasına müvafiq qərarına görə təşəkkür edərək bildirib: “Neapol hər bir azərbaycanlının qəlbində yaşayan bir şəhərdir. Bakı ilə Neapolu çox dərin dostluq əlaqələri birləşdirir. Azərbaycanda bir deyim var: əsl dost dar gündə tanınar. Neapol şəhərinin bu qərarı əsl dostluğun bariz nümunəsidir. Azərbaycan xalqı ilə dostluq və həmrəyliyə görə Neapol Bələdiyyə Şurasına, şəhər merinə, şəhərin sakinlərinə dərin təşəkkürümü bildirirəm”.

Mənbə: https://www.politicamentecorretto.com/2021/01/02/approvazione-mozione-del-consiglio-comunale-di-napoli-a-sostegno-dellazerbaigian/

Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
Loading Bars
Xəbər lenti
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Ombudsman Aparatının əməkdaşları şəhidlərlə vida mərasimində iştirak ediblər
Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb - Özəl (FOTO)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək
STAR Zavodu 28 fərqli növ xam neftin testini edib
Bakıda restoranda yanğın olub
"Omikron" daha bir ölkədə aşkar olundu
Hakimliyə namizədlər üçün imtahan keçirilib
"Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir (FOTO)
AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
AccessBank-dan illik 14%-lə nağd kredit!
Star zavodu Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır - Baş icracı direktor
Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır - Zaxarova
Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları Gəncə Dövlət Universitetinə səfər ediblər (FOTO)
Sabunçuda bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxslər həbs edilib
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
"Omikron" ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər - CDC
Bakıda yaşayış binasındakı yanğın söndürülüb
"Qarabağ" futbol klubuna qarşı daha böyük təxribat hazırlanır - TƏFƏRRÜAT
Yaxın saatlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirildi (FOTO/VİDEO)
Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-ı azad edilib - İdarə rəisi
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Helikopter qəzasında şəhid olanların cənazələri vida mərasimi üçün yola salınıb (FOTO/VİDEO)
Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)
Dekabr ayında hava necə olacaq? - AÇIQLAMA
Dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib
Azər Türk Bank kredit kampaniyasının müddətini uzadıb
Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib
AccessBank Qarabağın dirçəlişinə dəstək olur (FOTO)
Bütün xəbərlər