...

Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib

Siyasət Materials 25 Fevral 2021 01:08 (UTC +04:00)

Bakı. Trend:

Venesuelanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının Karakasa qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq İspaniya, Hollandiya, Fransa və Almaniyanın səfirlik nümayəndələrinə etiraz notaları verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici diplomatiya rəhbəri Xorxe Arreas bildirib.

Daha əvvəl Bolivar Respublikasının səlahiyyətliləri Aİ-nin ölkədəkiı səfiri Isabel Brilyante Pedrosonu “persona non-qrata” elan ediblər. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

Xatırladaq ki, fevralın 22-də Aİ Venesuela dövlət qulluqçularına qarşı sanksiyalar siyahısını genişləndirib. Ümumilikdə bu sanksiya siyahısına Venesuela üzrə 55 şəxş daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti