...

Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov

Siyasət Materials 6 Mart 2021 20:14 (UTC +04:00)
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov

Bakı. Trend:

Bu gün prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında ölkəmizdə fəaliyyət göstərən xarici diplomatlardan ibarət heyət növbəti dəfə işğaldan azad edilən ərazilərə səfər edib.

Trend-ə açıqlamasında bu səfərin əhəmiyyətinə toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, belə səfərlərin erməni faşizminin ifşası baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:

“Təbii ki, xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi ağır cinayətlərin beynəlxalq miqyasda ifşasına xidmət edir. Bildiyiniz kimi, təcavüzkar dövlət 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızda bütün sosial obyektləri, yaşayış evlərini, infrastrukturu, dini və tarixi abidələri vəhşicəsinə dağıdıb, talan edib. Məscidlərimiz, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılıb. İşğaldakı torpaqlarımıda yerləşən təbii ehtiyatlarımız amansızcasına istismar olunub, ekosistemin tarazlığı ciddi şəkildə pozulub. Bütün bu cinayətlərin beynəxalq aləmdə ifşa edilməsi baxımından işğaldan azad edilən torpaqlarımız bu cür səfərlərin təşkili son dərəcədə əhəmiyyətlidir.

Xarici diplomatların işğaldan azad edilən ərazilərə səfəri, qarşılaşdıqları mənzərə ilə bağlı səsləndirdikləri fikirlər Ermənistanın beynəlxalq qınaq obyektinə çevrilməsi, ona qarşı gələcəkdə irəli sürəcəyimiz təzminat iddiasının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Şübhəsiz ki, dövlətimizin əlində erməni cinayətlərini ifşa edən çoxsaylı faktlarlar mövcuddur. Lakin bununla yanaşı, əcnəbi diplomatların erməni vəhşiliyi ilə bağlı səsləndirdiyi fikirlər, təqdim etdiyi və ya edəcəyi hesabatların da əlavə fakt və sübut kimi dövlətimizin mövqeyini gücləndirəcəyi danılmazdır. Bu baxımdan hörmətli Hikmət Hacıyevin rəhbərliyi altında bu cür səfərlərin təşkilini yüksək qiymətləndirir, bunu ölkəmiz üçün son dərəcə faydalı hesab edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti