...

Ağdamı görəndə necə vəhşi bir qəbilə ilə qonşu olduğumuzu anlayırıq - Emin Həsənli

Siyasət Materials 17 Avqust 2021 16:54 (UTC +04:00)
Ağdamı görəndə necə vəhşi bir qəbilə ilə qonşu olduğumuzu anlayırıq - Emin Həsənli

Ağdam. Trend:

Bu gün çox qürurluyuq ki, Ağdamdayıq. Bu sevinci bizə bəxş etdiyi üçün Azərbaycan Prezidentinə və müzəffər ordumuza təşəkkür edirik.

Bunu Trend-ə açıqlamasında Ağdamda səfərdə olan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. O uşaqlığının burada keçdiyini və İmarətdə dəfələrlə "Qarabağ"ın oyunlarına baxdıqlarını deyib:

"İnanırıq ki, qısa müddətdə Ağdam böyük şəhərə çevriləcək, dünyanın qabaqcıl şəhərlərindən biri olacaq. QHT-lər hər zaman dövlətimizin yanında olub, Prezidentimizin apardığı siyasəti dəstəkləyib. Şübhəsiz ki, Ağdamın bərpasında QHT-lər də öz üzərinə düşən vəzifələri yerinə yetirəcək. Necə ki, Vətən müharibəsi zamanı dünya azərbaycanlıları bir yumruq oldular, quruculuq işlərində də belə olacaq. İnanıram ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq. Uşaqlığımızın keçdiyi bu yerləri indi belə viran vəziyyətdə görəndə necə vəhşi bir qəbilə ilə qonşu olduğumuzu anlayırıq. Biz bunu heç vaxt unutmayacağıq".

Xəbər lenti

Xəbər lenti