...

Azərbaycan aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək

Siyasət Materials 18 Sentyabr 2021 17:47 (UTC +04:00)
Azərbaycan aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti