...

Milli Məclisin nümayəndə heyətinin Qazaxıstana rəsmi səfəri başlayıb (FOTO)

Siyasət Materials 29 Sentyabr 2021 13:16 (UTC +04:00)

Bakı. Trend:

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində işgüzar səfərini başa vuraraq ölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib. Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.

Çərşənbə günü Milli Məclisdən Trend-ə verilən məlumata görə, Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xanım Bailam Kesenbayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətimiz ölkəmizin Qazaxıstan Respublikasındakı səfirliyini ziyarət edərək səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov səfirliyin fəaliyyəti barədə məlumat verib.

S.Qafarova və deputatlarımız səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Burada parlament nümayəndə heyətinin üzvləri 27 sentyabr - Anım Gününə həsr olunmuş banerin qarşısına gül qoyaraq, şəhidlərimizin əziz xatirəsini yad ediblər.

S.Qafarova səfirlikdə Heydər Əliyev Muzeyi ilə də tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb, Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Muzeyinə gedərək buradakı eksponatlarla tanış olublar. Azərbaycan parlamentinin rəhbəri muzeyin Xatirə kitabına da ürək sözlərini yazıb və muzeyə hədiyyə təqdim edib.

Sonra nümayəndə heyəti Nazarbayev Universitetində olub. Nümayəndə heyətinin üzvləri bu təhsil kompleksində professor-müəllim kollektivi üçün yaradılmış şəraitlə tanış olublar, onlara universitet haqqında geniş məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti