...

Prezident İlham Əliyevin səyləri nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona daxil olub - Xalq yazıçısı Natiq Rəsulzadə

Siyasət Materials 1 Fevral 2022 09:17 (UTC +04:00)
Prezident İlham Əliyevin səyləri nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona daxil olub - Xalq yazıçısı Natiq Rəsulzadə

Bakı. Vüqar İmanov - Trend:

PEN-Klubun vitse-prezidenti, “Şöhrət” ordenli Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadə Trend-ə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş, həyatın hər gün yaxşılaşdığı ərazilərdə bərpa-quruculuq istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

"Qabriel Markesin məşhur romanında gözəl bir ifadə var: “Allah var”. Bu ifadə sanki yaddaşını itirmiş insanlara öyüd-nəsihət kimidir ki, onlar vicdanlarını itirməsinlər, çünki Allah özü ədalətdir. Xalqımızın gözəl deyimi var: “Sənnən hərəkət – məndən bərəkət”. Bu kəlamla biz nəinki otuz il gözlədik, həm də boş oturmadıq, torpaqlarımızı azad etmək üçün bütün yolları sınayaraq hərəkətə keçdik”, - deyə Natiq Rəsulzadə bildirib.

Məşhur yazıçı vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində qüdrətli peşəkar ordu yaradılıb, bütün xalq dövlətimizin başçısının ətrafında düşməni dəf etməyə hazır olan yumruq tək birləşib.

"Nəticədə biz öz doğma, əzəli Azərbaycan torpaqlarımızı geri aldıq, Azərbaycanın mədəniyyət və musiqi beşiyi olan doğma Şuşamızı geri qaytardıq. İndi Azərbaycan Prezidentinin rəhbərliyi və şəxsən nəzarəti altında geri alınmış torpaqlar sürətlə bərpa olunur və erməni vandalları tərəfindən yer üzündən, demək olar ki, tamamilə silinmiş bütün kənd və şəhərlər, tezliklə bərpa olunacaq və işğaldan əvvəlkindən daha da çiçəklənən görkəm alacaq", - xalq şairi qeyd edib.

N.Rəsulzadə bildirib ki, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti daim öz bəhrəsini verir və dünyada yüksək qiymətləndirilir.

"Aktuallığını hələ də itirməyən köhnə deyim var: "Sülh istəyirsənsə, müharibəyə həmişə hazır ol", üstəlik, hər şeyə rəğmən, ölkəsinin (yeri gəlmişkən, əhali oradan baş götürüb qaçır) "dənizdən dənizə" genişlənməsi ilə bağlı absurd ideyadan əl çəkməyən, belə narahat qonşun varsa. Aydın deyil ki, onlara iki dəniz nəyə lazımdır? Ancaq, səhv etmirəmsə, ukraynalılar arasında, belə bir deyim var: “Axmaq fikirlə varlanır”.

Füzuli və Zəngilan hava limanlarına beynəlxalq status verilib və bu, çox düzgün addımdır, çünki buraya, Qarabağa, Şuşaya, Zəngilana, tanınmaz hala düşən, sözün əsl mənasında "ruhlar şəhərinə" çevrildiyinin şahidi olduğumuz Füzuliyə və Azərbaycanın digər torpaqlarına xarici turistlər gələcək və bu turizmi təşviq etmək lazımdır, xaricdən gələn qonaqlar üçün hər cür şərait yaratmaq lazımdır ki, onlar bizim qurucu, yaradıcı xalq olaraq əməyimizin bəhrəsinə heyran olsunlar”, - deyə xalq yazıçısı söyləyib.

Natiq Rəsulzadə qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının ayrılmaz hissəsi olduğu Zəngəzur dəhlizinin əhəmiyyətini qiymətləndirməmək çətindir.

"Prezident İlham Əliyevin səyləri nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona əsaslı şəkildə daxil olub, bu ifadə xarici jurnalistlər, siyasətçilər, diplomatlar tərəfindən tez-tez istifadə olunur. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Naxçıvanla, eləcə də Çin və Cənubi Avropa arasında birbaşa əlaqəni təmin edəcək. Bu, Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük sıçrayışdır.

Mən dəfələrlə demişəm, yenə də deyirəm: xalqımız, Vətənimiz - Azərbaycan öz yeni tarixində çox şanslıdır. Ulu öndər Heydər Əliyev ölkənin vətəndaş müharibəsi uçurumuna yuvarlanmasının qarşısını aldı, biz Azərbaycan xalqı bu dəhşətli uçurumun kənarında olarkən o, faktiki olaraq Vətəni qaçılmaz fəlakətdən xilas etdi.

Onun ardınca möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev böyük şücaət göstərdi - o, igid ordumuzun başında doğma, əzəli Azərbaycan torpaqlarımızı bizə qaytardı, torpaqlarımıza münasibətdə vəhşi rəftar bəsləyən, özlərinin yox, yad torpağda müvəqqəti, vaxtı-vədəsi çatana qədər yaşayacaqlarını bilə-bilə ətraf mühiti dağıdan bədbin qonşularımız üçün olduğu kimi sadəcə yaşayış üçün ərazi deyil, bütün azərbaycanlılar üçün müqəddəs olan torpaqlarımızdan düşməni qovdu. Və bu vədə yetişdi, xalq arasındaki deyimdəki kimi gec olsun, güc olmasın", - N. Rəsulzadə vurğulayıb.

O, əlavə edib ki, ötən il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, bu il isə “Şuşa ili” elan edilib – bu, ölkə tarixində çox əlamətdar hadisədir.

"Azərbaycanın incisi olan Şuşaya indi avtobus reysləri açılıb, və ora təkcə geri qayıtmaq arzusunda olan yerli sakinlər, şuşalılar deyil, həm də ökənin bir çox başqa şəhərlərindən bu əfsanəvi şəhəri ziyarət etmək istəyən həmvətənlərimiz də gedir. Bu isə, ilk növbədə, açıq çəkildə ona dəlalət edir ki, xalqımız otuz illik ağır sınaqlardan, Xocalıda amansız soyqırımdan, 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsində bütün dünyaya səs salan, parlaq və şanlı Qələbədən sonra daha da sıx birləşib, sanki yumruq kimi daha güclü olub və bu yumruq indi Azərbaycanın dədə-baba torpaqlarına qəsd edən hər kəsin başını sındırmağa qadirdir. Bizə başqasınınki lazım deyil, amma öz doğma, sözün əsl mənasında qəhrəmanlarımızın qanı tökülmüş torpağımızı heç kimə verməyəcəyik. Heç kimə və heç vaxt!”, – deyə Natiq Rəsulzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti