Bakı. Trend:
Azərbaycanla Rusiya arasında 22 fevral 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamə tərəfləri münasibətlərin inkişafının yeni səviyyəsinə çıxarır.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sənəd Rusiya və Azərbaycan rəhbərlərinin görüşünün başlıca aspekti olub.
"Bu bəyannamənin müddəaları beynəlxalq hüquqa uyğun olaraq əməkdaşlığımızın təməlini qoyur", - səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)