...

Rusiya regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır - Boçarnikov

Siyasət Materials 30 Mart 2022 11:32 (UTC +04:00)
Rusiya regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır - Boçarnikov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında elmi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.

"Son 30 il ərzində siyasi, ticari-iqtisadi və regionlararası sahələrdə münasibətlərin inkişafı müntəzəm xarakter daşıyır. Rusiya regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır. Bundan başqa, humanitar sahədə münasibətlər inkişaf edir. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı birgə tədbirlər baş tutmalıdır. Hər il dövlət kvotası ilə Rusiyaya çoxlu sayda tələbə gedir. Həmçinin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun xətti ilə təmaslar mövcuddur. Biz bilirik ki, tərəfdaşlarımız azərbaycanlı gənclərin Rusiyada hazırlığında maraqlıdır", - deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti